“Meqa Sığorta”nın xalis mənfəəti 32% azalıb

Maliyyə
  • 05 mart, 2022
  • 05:25
“Meqa Sığorta”nın xalis mənfəəti 32% azalıb

“Meqa Sığorta” ASC 2021-ci ili 3,92 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 31,6% azdır.

Ötən il “Meqa Sığorta”nın gəlirləri 25,853 milyon manat (əvvəlki ilə nisbətən 20% az), xərcləri 20,953 milyon manat (16,7% az), mənfəət vergisi ödəmələri isə 980 min manat (31,6 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Meqa Sığorta”nın aktivləri 46,699 milyon manat olub ki, bu da illik müqayisədə 7,1% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 12,2% azalaraq 18,887 milyon manata, balans kapitalı isə 3,2% azalaraq 27,812 milyon manata düşüb.

Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətin səhmlərinin 19 %-i Rauf Əliyevə (“Rabitəbank” ASC-nin 30 %-lik səhmdarı), 19 %-i Nəzakət İsmayılovaya, 19 %-i Zaur Quliyevə, 14 %-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10 %-i Zeynal Əliyevə, 10 %-i Faiq Şahəliyevə, 9 %-i isə Yaşar Əliyevə məxsusdur.

44 filmi