"Meqa Sığorta" aktivlərini 27% artırıb

"Meqa Sığorta" aktivlərini 27% artırıb Şirkətin ilin 1-ci yarısını 2,434 mln. manat xalis mənfəətlə başa vurub
Maliyyə
5 Sentyabr , 2016 12:49
Meqa Sığorta aktivlərini 27% artırıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu il, iyulun 1-nə "Meqa Sığorta" ASC-nin cəmi aktivləri 46,012 mln. manat təşkil edib. "Report" Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 26,6% çoxdur.

Son 6 ayda "Meqa Sığorta"nın cəmi kapitalı 1,7% artaraq 24,708 mln. manat, cəmi öhdəlikləri isə 76,6% artaraq 21,303 mln. manat olub.

Hesabat dövründə "Meqa Sığorta"nın cəmi gəlirləri 14,168 mln. manat, cəmi xərcləri 11,126 mln. manat təşkil edib. Bununla da, Şirkətin maliyyə mənfəəti 3,042 mln. manat olub.

"Meqa Sığorta" yanvar-iyunda 608 min manat mənfəət vergisi ödəyib, son nəticədə onun yarımillik xalis mənfəəti 2,434 mln. manat olub.

Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən "BE&G" sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,5 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 5 000 manat olan 2 900 səhm əsasında formalaşıb. Şirkətin səhmlərinin 19%-i Rauf Zeynal oğlu Əliyevə, 19%-i Zeynal Hacıməmməd oğlu Əliyevə, 19%-i Nəzakət Zakir qızı İsmayılovaya, 19%-i Zaur Zakir oğlu Quliyevə, 15%-i Yaşar Feyzi oğlu Qurbanova (Müşahidə Şurasının sədri, "Rabitəbank" ASC-nin 11,34%-lik səhmdarı), 9%-i isə Əli Eldar oğlu İsmayılova məxsusdur.

Son xəbərlər

Orphus sistemi