"Meqa Həyat Sığorta" ötən ili mənfəətlə başa vurub

Maliyyə
  • 12 mart, 2022
  • 05:42
Meqa Həyat Sığorta ötən ili mənfəətlə başa vurub

"Meqa Həyat Sığorta" ASC fəaliyyətinin ilk ili olan 2021-ci ili 182 min manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 3,3 dəfə azdır.

Ötən il "Meqa Həyat Sığorta"nın gəlirləri 952 min manat (11% çox), xərcləri 724 min manat (2,1 dəfə çox), mənfəət vergisi ödəmələri isə 45 min manat (45,2% çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Meqa Həyat Sığorta"nın aktivləri 12,112 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,5% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 155,5 dəfə artaraq 475 min manata, balans kapitalı isə 1,4% artaraq 11,637 milyon manata çatıb.

Xatırladaq ki, “Meqa Həyat Sığorta” 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 11 milyon manatdır. Şirkətin səhmdarı 100 % “Meqa Sığorta”dır.