"Meqa Həyat Sığorta"nın xalis mənfəəti 40 %-dən çox artıb

Maliyyə
  • 24 mart, 2025
  • 17:01
Meqa Həyat Sığortanın xalis mənfəəti 40 %-dən çox artıb

"Meqa Həyat Sığorta" ASC 2024-cü ili 1,524 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 40,3 % çoxdur.

Ötən il "Meqa Həyat Sığorta"nın gəlirləri 8,193 milyon manat (83,2 çox), xərcləri 6,288 milyon manat (2,3 dəfə çox), mənfəət vergisi ödəmələri isə 381 min manat (40,3 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Meqa Həyat Sığorta"nın aktivləri 40,247 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,05 dəfə çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 3,2 dəfə artaraq 34,25 milyon manata, balans kapitalı isə 8,8 % artaraq 13,997 milyon manata çatıb.

Xatırladaq ki, “Meqa Həyat Sığorta” 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 11 milyon manatdır. Şirkətin səhmdarı 100 % “Meqa Sığorta”dır.