"Meqa Həyat Sığorta"nın xalis mənfəəti 3 dəfədən çox artıb
- 31 mart, 2023
- 06:41
Yeniliklərdən dərhal xəbərdar olun!
"Meqa Həyat Sığorta" ASC 2022-ci ili 574 min manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 3,15 dəfə çoxdur.
Ötən il "Meqa Həyat Sığorta"nın gəlirləri 2,23 milyon manat (2,35 dəfə çox), xərcləri 1,513 milyon manat (2,1 dəfə çox), mənfəət vergisi ödəmələri isə 143 min manat (3,15 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Meqa Həyat Sığorta"nın aktivləri 19,629 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 62,1 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 15,8 dəfə artaraq 7,527 milyon manata, balans kapitalı isə 4 % artaraq 12,102 milyon manata çatıb.
Xatırladaq ki, “Meqa Həyat Sığorta” 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 11 milyon manatdır. Şirkətin səhmdarı 100 % “Meqa Sığorta”dır.