Mənzil İnşaatı Dövlət Agentliyinin mənfəəti 2% azalıb

Mənzil İnşaatı Dövlət Agentliyinin mənfəəti 2% azalıb Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2020-ci ili 5,224 milyon manat mənfəətlə başa vurub.
Maliyyə
15 İyul , 2021 15:00
Mənzil İnşaatı Dövlət Agentliyinin mənfəəti 2% azalıb

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2020-ci ili 5,224 milyon manat mənfəətlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 2,2% azdır.

Ötən il dövlət MİDA-ya əvvəlki ilə nisbətən 40% çox – 2,1 milyon manat yardım edib. Hesabat dövründə Agentliyin maliyyə gəlirləri isə 10,077 milyon manat olub ki, bu da 30,5% artım deməkdir.

MİDA 2020-ci ildə ümumi və inzibati xərclərini 1,9% azaldaraq 3,119 milyon manata, maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə zərərini 15,7% azaldaraq 585 min manata, maliyyə xərclərini isə 66% azaldaraq 2 min manata endirib, 2019-cu ildən fərqli olaraq maliyyə aktivlərinin ədalətli dəyəri üzrə 3,247 milyon manat zərərə düşüb.

Bu il yanvarın 1-nə MİDA-nın 361,607 milyon manat olub ki, bu da illik müqayisədə 76% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 49,3% azalaraq 17,531 milyon manata düşüb, balans kapitalı isə 2 dəfə artaraq 344,076 milyon manata çatıb.

Xatırladaq ki, MİDA ölkə prezidentinin 11 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 100 milyon manatdır. Agentliyin əsas məqsədi ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdir. Bununla yanaşı, ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, vətəndaşların güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə qurumun tabeliyində “MİDA” MMC yaradılıb.

Son xəbərlər

Orphus sistemi