Məmməd Musayev: "Alternativ maliyyə alətlərinin geniş tətbiqinə ehtiyac var"

Məmməd Musayev: "Alternativ maliyyə alətlərinin geniş tətbiqinə ehtiyac var" Azərbaycanda faktorinq kimi alternativ maliyyə alətlərinin geniş tətbiqinə ehtiyac var.
Maliyyə
23 Oktyabr , 2024 10:15
Məmməd Musayev: Alternativ maliyyə alətlərinin geniş tətbiqinə ehtiyac var

Azərbaycanda faktorinq kimi alternativ maliyyə alətlərinin geniş tətbiqinə ehtiyac var.

"Report" xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası prezidenti Məmməd Musayev Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.

"Bu, xüsusilə kiçik və orta müəssisələr üçün maliyyə resurslarına çıxışı asanlaşdıra, maliyyə imkanlarını optimallaşdıra bilər", - deyə o qeyd edib.

Bundan başqa, M.Musayev bildirib ki, dünya "yaşıl iqtisadiyyat"a keçid dövrünə qədəm qoyub: "Bunun üçün kiçik və orta sahibkarlığın dəstəklənməsi, onlara münasibətdə stimullaşdırıcı yanaşmanın tətbiqi müzakirə edilir".

"Yaşıl maliyyə"nin tətbiqi, yalnız ekoloji mühitin qorunması ilə bağlı deyil, eyni zamanda iqtisadi artım və sosial rifahın artırılması üçün də mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda bu sahədə irəliləyiş, beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq və innovativ yanaşmaların tətbiqi ilə mümkündür", - deyə Konfederasiya prezidenti vurğulayıb.

Son xəbərlər

Orphus sistemi