"Meliorasiya və Su Təsərrüfatı" 4 milyon manatlıq 3 tenderi yekunlaşdırıb

"Meliorasiya və Su Təsərrüfatı" 4 milyon manatlıq 3 tenderi yekunlaşdırıb Qaliblərə müvafiq olaraq 1,89 milyon manat, 980 min manat və 1,35 milyon manat, ümumilikdə isə 4,22 milyon manat ödəniləcək.
Maliyyə
8 Dekabr , 2020 14:11
Meliorasiya və Su Təsərrüfatı 4 milyon manatlıq 3 tenderi yekunlaşdırıb

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Qızılarx (1), Yuxarı Zeyxur (2) və Tərtərçay Sol Sahil və Xanarx (3) kanallarının yenidən qurulması ilə bağlı texniki - iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanmasına dair elan etdiyi 3 açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri “Kəmalə-A” Firması, "Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi" MMC və səhmdar cəmiyyətinə məxsus Su Təsərrüfati Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutudur.

Qaliblərə müvafiq olaraq 1,89 milyon manat, 980 min manat və 1,35 milyon manat, ümumilikdə isə 4,22 milyon manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi