Meksika pesosunun məzənnəsi Donald Trampın inauqurasiyası öncəsi tarixi minimuma enib

Meksika pesosunun məzənnəsi Donald Trampın inauqurasiyası öncəsi tarixi minimuma enib ABŞ-ın yeni prezidenti qlobal iqtisadi artıma mane ola bilər
Maliyyə
19 Yanvar , 2017 10:14
Meksika pesosunun məzənnəsi Donald Trampın inauqurasiyası öncəsi tarixi minimuma enib

Bakı. 19 yanvar. REPORT.AZ/ Meksika pesosunun məzənnəsi ABŞ-ın yeni prezidenti Donald Trampın inauqurasiya mərasimi öncəsi tarixi minimal səviyyəyə enib. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, yanvarın 18-də MXN/USD nisbəti 22-ni keçib. 

Pesonun ucuzlaşmasına səbəb maliyyə bazarlarının D.Trampın antimeksikan ritorikasından ehtiyat etməsidir. Bu, ilk növbədə ABŞ, Kanada və Meksikanın daxil olduğu NAFTA sərbəst ticarət zonası anlaşmasının gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaradır. 

Maliyyə bazarları D. Trampın inauqurasiya mərasimindən sonra ABŞ-ın imzaladığı ticarət anlaşmalarını yenidən gözdən keçirəcəyini və bir sıra proteksionist qərarlar verərək qloballaşmanı əngəlləyən nəticələr əldə edəcəyini proqnozlaşdırırlar. Bu isə öz növbəsində qlobal ticarətin həcmini azaldaraq dünyadakı iqtisadi artımı zəiflədə bilər.

Son xəbərlər

Orphus sistemi