MDM ilk dəfə bankın dividend ödənişini həyata keçirib
- 22 may, 2025
- 11:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Milli Depozit Mərkəzi (MDM) ilk dəfə olaraq mərkəzləşdirilmiş qaydada ABB-nin 2024-cü il üzrə dividend ödənişlərini həyata keçirib.
“Report” bu barədə MDM-in məlumatına istinadən xəbər verir.
Bildirilib ki, 6 may 2025-ci il tarixli qiymətli kağız mülkiyyətçilərinin reyestrinə əsasən, ABB-nin bütün səhmdarlarına malik olduqları səhm sayına uyğun şəkildə dividend ödənişi aparılıb.
"Ümumilikdə səhmdarlara 200 milyon manat məbləğində dividend köçürülüb. Səhmlərin nəzarət zərfi dövlətə məxsus olduğundan bu məbləğin 184 milyon manatı dövlət büdcəsinə, qalan hissəsi isə 30 mindən çox fərdi və institusional səhmdara yönəldilib.
Mərkəzləşdirilmiş qaydada dividend ödənişi səhmdarların hüquq və maraqlarının qorunması, habelə prosesin şəffaf və səmərəli təşkili baxımından əhəmiyyətli addım hesab olunur", - məlumatda deyilir.