MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin fond birjalarının yeni strateji planı qəbul edilib.
Maliyyə
23 Aprel , 2024 10:05
MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin fond birjalarının yeni strateji planı qəbul edilib.

"Report" bu barədə "Bakı Fond Birjası" QSC-yə (BFB) istinadən xəbər verir.

Məlumata görə, BFB-nin Müşahidə Şurasının sədri Fərid Axundov, İdarə Heyətinin sədri Ruslan Xəlilov və nümayəndə heyəti Özbəkistanın paytaxtı Daşkəndə işgüzar səfər ediblər. Səfər zamanı Birjanın nümayəndə heyəti "Daşkənd Fond Birjası"nın nümayəndələri ilə görüşüb. Görüşdə regional birjaların istifadə etdiyi müxtəlif ticarət sistemlərinin icmalı, BFB-nin yeni ticarət platformasına keçid təcrübəsi və iki birja arasında daha sıx əməkdaşlıq imkanları müzakirə olunub.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti MDB ölkələrinin "Beynəlxalq Birjalar Assosiasiyası"nın yığıncağında iştirak edib. Görüşdə Assosiasiyaya üzv olan birjaların hesabatlılıqları və təşkilatı məsələləri müzakirə edilib, Audit Komitəsinin strukturuna dəyişikliklər edilib, üzv birjalar yeni strateji plan qəbul edib.

Son xəbərlər

Orphus sistemi