MDB ölkələri ərazisində birja ticarətinin inkişafı müzakirə edilib

MDB ölkələri ərazisində birja ticarətinin inkişafı müzakirə edilib Bakı Fond Birjası Müstəqil Dövlətlər Birliyinin Beynəlxalq Birjalar Assosiyasının Özbəkistanda baş tutmuş illik görüşündə iştirak etmişdir
Maliyyə
29 Noyabr , 2021 15:44
MDB ölkələri ərazisində birja ticarətinin inkişafı müzakirə edilib

"Bakı Fond Birjası" QSC (BFB) Müstəqil Dövlətlər Birliyinin Beynəlxalq Birjalar Assosiyasının Özbəkistanda baş tutmuş illik görüşündə iştirak edib.

"Report" bu barədə BB-yə istinadən xəbər verir.

Məlumata görə, Birjanın İdarə Heyətinin rəhbəri Eldar Abdullayev Özbəkistanın Daşkənd şəhərində Müstəqil Dövlətlər Birliyinin Beynəlxalq Birjalar Assosiyasına üzv olan dövlət birjalarının iştirakı ilə illik görüşdə, eləcə də II Beynəlxalq Maliyyə-Bank Forumunun plenar iclasında iştirak edib.

Bildirilir ki, tədbir çərçivəsində MDB-nin Beynəlxalq Birjalar Assosiyasına üzv birjalarının gələcək inkişafı və ölkələr ərazisində birja ticarətinin aktual məsələləri, iştirakçı ölkələrin qanunvericiliyinin uyğunlaşdırılmasına xüsusi diqqət yetirilməsi və o cümlədən maliyyə alətləri üçün ümumi bazarların formalaşmasına yanaşmaların tətbiqi geniş müzakirə olunub.

BFB 2019-cu ildən MDB-nin Beynəlxalq Birjalar Assosiyasının üzvüdür.

Son xəbərlər

Orphus sistemi