MCB BOKT-nin xalis mənfəəti 23% artıb

MCB BOKT-nin xalis mənfəəti 23% artıb "MCB" QSC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 622 min manat xalis mənfəətlə başa vurub.
Maliyyə
21 İyul , 2020 16:19
MCB BOKT-nin xalis mənfəəti 23% artıb
Report

MCB QSC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 622 min manat xalis mənfəətlə başa vurub.

"Report" BOKT-nin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən təxminən 23% çoxdur.  

Ötən il MCB-nin vergiyəqədərki mənfəəti 687 min manat (illik müqayisədə 3% çox), mənfəət vergisi ödəmələri isə 66 min manat (59,3% az) təşkil edib.

Bu il yanvarın 1-nə MCB-nin aktivləri 10,4 milyon manat olub ki, bu da illik müqayisədə 20,8% çoxdur. Bunun 9,7 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-nin kredit portfeli 17,6% böyüyüb.

Hesabat dövründə MCB-nin öhdəlikləri 22,6% artaraq 6,3 milyon manata, balans kapitalı isə 18,2% artaraq 4 milyon manata çatıb.

Xatırladaq ki, MCB 2009-cu ildən fəaliyyət göstərən eyni adlı lizinq şirkətinin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,2 milyon manatdır. BOKT-nin səhmdarları 99,94%-lik payla Pakistanın "MCB Bank"ı və 0,06%-lik payla İdarə Heyətinin sədri Rəmal Cəfər oğlu Cəfərovdur. Maliyyə qurumu hələ ki, Azərbaycan Mərkəzi Bankından BOKT lisenziyası almayıb.  

Son xəbərlər

Orphus sistemi