MBNP və “Visa” KİV nümayəndələri üçün “Rəqəmsal ödənişlər” mövzusunda təlim keçirib

MBNP və “Visa” KİV nümayəndələri üçün “Rəqəmsal ödənişlər” mövzusunda təlim keçirib Bakı. 14 fevral. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi istiqamətində tədbirlərin icrasını davam etdirir.
Maliyyə
50338
14 Fevral , 2019 09:31
MBNP və “Visa” KİV nümayəndələri üçün “Rəqəmsal ödənişlər” mövzusunda təlim keçirib

Bakı. 14 fevral. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi istiqamətində tədbirlərin icrasını davam etdirir.

"Report" xəbər verir ki, bu əsasda “Visa Inc.” beynəlxalq kart təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində KİV nümayəndələri üçün rəqəmsal ödənişlər sahəsində maliyyə savadlılığının yüksəldilməsi məqsədilə “Rəqəmsal ödənişlər” mövzusunda təlim keçirilib.

Təlimdə çıxış edən “Visa Inc.” beynəlxalq kart təşkilatının mərkəzi Vaşinqtonda (ABŞ) yerləşən "Visa School of Public Policy" (VSPP) institutunun baş direktoru Məcid Hucair rəqəmsal ödənişlər çərçivəsində baş verən yeniliklərin ictimaiyyətə çatdırılması baxımından KİV-lərin əhəmiyyətini vurğulayaraq rəqəmsal ödənişlərin üstünlükləri, ölkə iqtisadiyyatında əhəmiyyəti, rəqəmsal ödənişlər üzrə tətbiq olunan modellər haqqında ətraflı məlumat verib. 20-dən çox aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrinin, müstəqil jurnalistlərin iştirakı ilə keçirilən təlimdə müxtəlif iqtisadi subyektlər arasında nağdsız ödəniş mühitinin formalaşdırılması, rəqəmsal ödənişlər və kölgə iqtisadiyyatı, rəqəmsal ödəmələrin sosial, iqtisadi və strateji üstünlükləri, habelə “nağdsız şəhər” təcrübəsi, “innovativ ödəniş həlləri və texnologiyaları ətrafında müzakirələr aparılıb.

Qarşılıqlı müzakirələr əsasında keçirilən təlimdə rəqəmsal ödənişlər mövzusu üzrə KİV nümayəndələrini maraqlandıran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Palata mütəmadi olaraq müxtəlif istiqamətlərdə, həmçinin KİV nümayəndələrinin maliyyə savadlılığının yüksəldilməsi məqsədilə maliyyə bazarlarının aktual mövzuları üzrə təlim və tədbirlər həyata keçirir.

Son xəbərlər

Orphus sistemi