MBNP ilə QDİƏT arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

MBNP ilə QDİƏT arasında əməkdaşlıq əlaqələri müzakirə olunub Bakı. 14 dekabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) Azərbaycanda səfərdə olan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Dmitri Pankinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Maliyyə
14 Dekabr , 2018 14:31
MBNP ilə QDİƏT arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

Bakı. 14 dekabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) Azərbaycanda səfərdə olan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Dmitri Pankinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. 

"Report" bu barədə Palataya istinadən xəbər verir. 

Məlumata görə, görüşdə qurumla Bank arasında mövcud iqtisadi əlaqələr, bu əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Palatanın İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edən Asim Zülfüqarov qonaqlara ölkədəki iqtisadi artım, qeyri-neft sektorunun, həmçinin bank sektorunun inkişafı, bankların kapitallaşması istiqamətində görülən tədbirlər baradə ətraflı məlumat verib. Aparılan islahatların məntiqi nəticəsi olaraq "Doing Business"in 2018-ci il hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşmasını vurğulayıb.

QDTİB-in direktoru Dmitri Pankinin çıxışı zamanı təmsil etdiyi qurumun Azərbaycanda indiyə qədər həyata keçirdiyi layihələr haqqında danışıb, maliyyə institutları ilə sıx əməkdaşlıq etdiklərini və gələcəkdə yeni layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi