MBNP-da bank nümayəndələri ilə görüş keçirilib

MBNP-da bank nümayəndələri ilə görüş keçirilib İxrac edilmiş malların dəyəri barədə məlumatların banklar tərəfindən MBNP-ya ötürülməsi müddəti 2 həftəyədək uzadıla bilər
Maliyyə
12 Sentyabr , 2017 18:14
MBNP-da bank nümayəndələri ilə görüş keçirilib

Bakı. 12 sentyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) bank nümayəndələri ilə görüş keçirilib.

“Report” bu barədə Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadən xəbər verir.

Görüşdə MBNP-nın baş icraçı direktorunun müavini, Strateji xidmətlər Departamentinin direktoru Asim Zülfüqarov, Maliyyə Monitorinqi Xidmətinin direktoru Anar Salmanov, Bank fəaliyyətinə nəzarət Departamentinin direktoru İmran Məmmədov, ABA-nın Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə Ekspert Qrupunun sədri Zakir Kazımov və kommersiya banklarının nümayəndələri iştirak ediblər.

Görüş zamanı malların ixracından banklara daxil olan vəsait barədə məlumatların MBNP-ya ötürülməsi prosesi müzakirə olunub. Bildirilib ki, banklarda gömrük bəyannaməsinin nömrəsinin olmaması və ixrac edilmiş malların dəyəri barədə Dövlət Gömrük Komitəsindən məlumatın banklara vaxtında daxil olmaması gecikmələrə səbəb olur.

MBNP bu prosesi sadəşdirmək üçün məlumatın ötürülməsi müddətinin 2 həftəyədək uzadılmasını təklif edir.

Qeyd edək ki, qanunvericiliyə əsasən, Dövlət Gömrük Komitəsi 180 gün ərzində ixrac edilmiş malların dəyəri barədə banklara məlumat verməli, banklar isə 3 gün ərzində sözügedən məlumatları MBNP-na təqdim etməlidir.

Son xəbərlər

Orphus sistemi