MBNP, ASA və İSB arasında görüş keçirilib

MBNP, ASA və İSB arasında görüş keçirilib Bakı. 13 aprel. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və İcbari Sığorta Bürosu (İSB) arasında görüş keçirilib.
Maliyyə
13 Aprel , 2018 18:42
MBNP, ASA və İSB arasında görüş keçirilib
Report

Bakı. 13 aprel. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və İcbari Sığorta Bürosu (İSB) arasında görüş keçirilib.

MBNP-dən "Report"a verilən məlumata görə, Palatanın baş icraçı direktoru İbrahim Alışov, ASA-nın sədri Mustafa Abbasbəyli və İSB-nin icraçı direktoru Fariz Əzizov, həmçinin Palatanın və İSB-nin himayəçilər şurasına təyin olunan iki yeni üzvü və sığorta blokunun digər əməkdaşları İSB-nin fəaliyyətini, mövcud problem və perspektivlərini geniş müzakirə ediblər.

Görüşdə İSB-nin sığorta bazarındakı rolu, onun sığorta sektoruna təsir mexanizmləri və İSB-nin elektron informasiya sisteminin dövlət orqanlarının müvafiq sistemləri ilə inteqrasiyası, icbari sığorta növləri üzrə penetrasiyanın artırılması imkanları və istehlakçıların hüquqlarının müdafiəsinin gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı Palatanın sığorta bazarının inkişafının təşviq edilməsi üçün dəstəyə hazır olduğu qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi