"Mastercard": "Şamaxıda nəqliyyatda kartla ödəmələr ildə 2 mln ədədə çatacaq"

"Mastercard": "Şamaxıda nəqliyyatda kartla ödəmələr ildə 2 mln ədədə çatacaq" 2021-ci ilin sonuna Azərbaycanda olan plastik kartlarının sayı 10,4 milyon ədədə çatacağı gözlənilir.
Maliyyə
2 Noyabr , 2021 13:49
Mastercard: Şamaxıda nəqliyyatda kartla ödəmələr ildə 2 mln ədədə çatacaq

2021-ci ildə Azərbaycanda olan plastik kartlarının sayı 10,4 milyon ədədə, elektron ticarətin həcmi isə 5,3 milyard manata çatıb.

"Report" xəbər verir ki, bu barədə "Mastercard"ın Azərbaycan üzrə meneceri Erdem Çakar deyib.

"Bu 2017-ci illə müqayisədə müvafiq olaraq 79 % və 8 dəfə artım deməkdir. Belə ki, 2017-ci ildə dövriyyədə olan plastik kartların sayı 5,8 milyon olub", - E.Çakar bildirib.

Onun sözlərinə görə, Azərbaycan innovativ təşəbbüslərə daha asan uyğunlaşır:

“Azərbaycanda bir çox innovativ layihələrimiz olacaq. Həmçinin bu vaxta qədər “Bravo” marketlə etdiyimiz kampaniyanı davam etdirəcəyik”.

“MasterCard” rəsmisi Şamaxıda nəqliyyat sistemində kartla ödəmədə böyük uğur əldə edildiyini və illik tranzaksiyaların sayı 2 milyona çatacağını qeyd edib.

Son xəbərlər

Orphus sistemi