“Mastercard” Azərbaycanda nağdsız ödənişlərin həcminin artırılması üçün yeni xidmət tətbiq edəcək - ƏLAVƏ OLUNUB
- 29 noyabr, 2018
- 07:06
Yeniliklərdən dərhal xəbərdar olun!
İlk xəbər saat 10:40-da verilib
Bakı. 29 noyabr. REPORT.AZ/ “Türkiyənin "Amazon"u hesab edilən alış-veriş saytı ilə əməkdaşlıq nəticəsində Azərbaycandan olan müştərilərimiz üçün endirim kampaniyası keçirdik. Kampaniya nəticəsində 2 ay ərzində Azərbaycandan bu sayt vasitəsilə alış-verişlər 4 dəfəyə qədər artdı”.
“Report” xəbər verir ki, bunu "Mastercard"ın Azərbaycan üzrə meneceri Erdem Çakar deyib.
Onun sözlərinə görə, təmsil etdiyi qurum Azərbaycanda nağdsız ödənişlərin həcminin artmasında maraqlıdır və bunun üçün yatırımlarını artıracaq.
“Hazırda Azərbaycanda nağdsız ödənişlər ölkənin ümumi daxili məhsulunun (ÜDM) 3,5-4%-ni təşkil edir. Halbuki Türkiyədə və Avropanın bəzi ölkələrində bu nisbət 40%-ə bərabərdir. “Mastercard” informasiya və kommunikasiya texnologiyalarının imkanlarından istifadə edərək Azərbaycanda "masterpass" xidməti tətbiq etmək niyyətindədir. Bu xidmət vasitəsilə şifrələrinizi saxlaya biləcəksiniz və alış-veriş vaxtı hər dəfə onları internetdə təkrar qeyd etməyə ehtiyac olmayacaq”, - E.Çakar qeyd edib.
***
"Mastercard" rəsmisi onu da əlavə edib ki, təmsil etdiyi qurum Azərbaycanda "Facebook Messenger" vasitəsilə alış-verişə start veriəcək: "Artıq alış-veriş üçün xüsusi saytlara daxil olmağa ehtiyac olmayacaq. Yazışma anında insanlar mal sifariş verə biləcəklər. Bu, böyük ehtimalla gələcəkdə "whatsapp"da da mümkün olacaq".