“MasterCard" Azərbaycanda kart komissiyalarının artırılmasına aydınlıq gətirdi

“MasterCard" Azərbaycanda kart komissiyalarının artırılmasına aydınlıq gətirdi “Hazırda Azərbaycanla bağlı olan ümumi parametrlərimizdə hər-hansı dəyişiklik etməyi düşünmürük”
Maliyyə
22 Aprel , 2021 16:33
“MasterCard Azərbaycanda kart komissiyalarının artırılmasına aydınlıq gətirdi

Bir sıra ölkələrdə kart komissiyalarının artırılmasını nəzərdə tutan qlobal ödəniş texnologiyaları təchizatçısı olan “MasterCard” şirkəti Azərbaycanda olan kommersiya banklarının buraxdığı plastik kartları üzrə xidmət haqqının dəyişdirilməsi ilə bağlı məsələyə münasibət bildirib.

“Report”un sorğusuna cavab verən "Mastercard"ın Azərbaycan üzrə meneceri Erdem Çakar qeyd edib ki, təmsil etdiyi qurumun Azərbaycanla bağlı hansısa dəyişiklik edilməsini düşünmədiklərini qeyd edib:

“Hazırda Azərbaycanla bağlı olan ümumi parametrlərimizdə hər-hansı dəyişiklik etməyi düşünmürük”.

Qeyd edək ki, ötən gün Rusiya mediasının yaydığı məlumata görə, “MasterCard” Rusiyada olan kommersiya bankları tərəfindən buraxdığı kredit kartları üzrə komissiyaları mayın 1-dən etibarən artıracaq.

Son xəbərlər

Orphus sistemi