AMB manatın məzənnəsinin uzunmüddətli meylini müəyyən edən makroiqtisadi amilləri açıqlayıb

AMB manatın məzənnəsinin uzunmüddətli meylini müəyyən edən makroiqtisadi amilləri açıqlayıb Bakı. 28 dekabr. REPORT.AZ/ Manatın ikitərəfli məzənnəsinin dinamikası növbəti ildə də aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaq.
Maliyyə
962
28 Dekabr , 2018 10:14
AMB manatın məzənnəsinin uzunmüddətli meylini müəyyən edən makroiqtisadi amilləri açıqlayıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Manatın ikitərəfli məzənnəsinin dinamikası növbəti ildə də aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaq.

“Report” bu barədə AMB-nin 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatına istinadən xəbər verir.

“Hesablamalar göstərir ki, manatın möhkəmlənməsinin qiymətlərə azaldıcı təsiri ilə müqayisədə onun ucuzlaşmasının inflyasiyaya artırıcı təsiri daha yüksəkdir. Bu baxımdan milli valyutanın məzənnəsinin dayanıqlığı qiymətlər sabitliyinin “lövbərləşməsi”nin təmin edilməsinin başlıca şərtidir”.

Bəyanatda qeyd olunub ki, valyuta bazarının tarazlığını təmin edən başlıca amil dövlətin valyuta təklifi ilə iqtisadiyyatın valyutaya olan tələbinin əsas komponentləri arasındakı tarazlıq olacaq.

“Valyuta tələbi dövlət xərclərindən təsirlənən idxal dinamikası, xarici borc axınları və kapital hesabının saldosu, habelə beynəlxalq konyunkturun dolayı effektlərindən təsirlənəcək. Manatın məzənnəsinin uzunmüddətli meylini məhz bu makroiqtisadi amillər müəyyən edir.”

Son xəbərlər

Orphus sistemi