Azərbaycan manatının dövretmə sürəti azalıb

Azərbaycan manatının dövretmə sürəti azalıb Bakı. 5 yanvar. REPORT.AZ/ 2018-ci ilin dekabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 5,59 bənd təşkil edib.
Maliyyə
5 Yanvar , 2019 14:49
Azərbaycan manatının dövretmə sürəti azalıb

Bakı. 5 yanvar. REPORT.AZ/ 2018-ci ilin dekabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 5,59 bənd təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstərici noyabrın 1-i ilə müqayisədə dəyişməyib, yanvarın 1-nə nisbətən 0,04 bənd, ötən ilin noyabr ayına nisbətən isə 0,12 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Qeyd edək ki, manatın dövretmə sürəti inflyasiya ilə ÜDM-in hasilinin dövriyyədə olan manat kütləsinə nisbətinə bərabərdir. Noyabrda manatın dövretmə sürətinin azalması dövriyyədə olan manat kütləsinin (M2 aqreqatı) oktyabr ayı ilə müqayisədə 134,1 mln. manat və ya 0,96% artması və aylıq inflyasiyanın 0,6% olması ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi