​Maliyyə Nazirliyinin yeni normativ-hüquqi aktları qüvvəyə minib

​Maliyyə Nazirliyinin yeni normativ-hüquqi aktları qüvvəyə minib Yeni sənədlər sığorta sahəsinə aiddir
Maliyyə
16 Oktyabr , 2014 14:21
​Maliyyə Nazirliyinin yeni normativ-hüquqi aktları qüvvəyə minib
Bakı. 16 oktyabr. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyinin kollegiya qərarları ilə təsdiq edilmiş bəzi normativ hüquqi aktlar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməklə qüvvəyə minib. Bu barədə "Report"a Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən məlumat verilib.

Məlumata görə, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları” və “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”nda müəyyən dəyişikliklər edilib.

Bu dəyişikliklər Azərbaycan prezidentinin 2014-cü il 22 aprel tarixli “Fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növləri üzrə vahid sığorta qaydaları haqqında” sərəncamının 1-ci və 2-ci hissələrinin icrasını təmin etmək məqsədilə həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi