Maliyyə təşkilatlarının işləməsinə icazə verildi

Maliyyə təşkilatlarının işləməsinə icazə verildi Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimində maliyyə təşkilatlarının fəaliyyətinə icazə verilib.
Maliyyə
19 İyun , 2020 17:35
Maliyyə təşkilatlarının işləməsinə icazə verildi

Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimində maliyyə təşkilatlarının fəaliyyətinə icazə verilib. 

"Report"un məlumatına görə, bu barədə Baş Nazir Əli Əsədovun "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" imzaladığı qərarda bildirilib.

Qərara əsasən, banklar və bank olmayan kredit təşkilatları, lombardlar, investisiya şirkətləri, fond birjaları, sığorta təşkilatları, ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar yaxın 2 həftə ərzində fəaliyyət göstərə bilərlər. 

Son xəbərlər

Orphus sistemi