Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifi 3,6 dəfə üstələyib

Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifi 3,6 dəfə üstələyib Bakı. 10 aprel. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105006693 ISIN-li, 30 mln. manatlıq, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Maliyyə
10 Aprel , 2018 16:39
Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifi 3,6 dəfə üstələyib
Report

Bakı. 10 aprel. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105006693 ISIN-li, 30 mln. manatlıq, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Report"un birjaya istinadən verdiyi xəbərə görə, hərraca 10 investor qiyməti 93,0697 manat (12%) - 100,0363 manat (7,98%) olan 21 sifariş təqdim edib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100 manat (8%), orta ölçülmüş qiyməti isə 100,0029 manat (7,9984%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 107 743 600 manat, yerləşdirilmiş məbləği isə 30 mln. manat təşkil edib. 

İstiqrazların ödəmə tarixi 7 aprel 2020-ci ildir.

Son xəbərlər

Orphus sistemi