Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifi 3,5 dəfə üstələyib

Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifi 3,5 dəfə üstələyib Bu gün Bakı Fond Birjasında dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Maliyyə
26 Sentyabr , 2017 17:05
Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifi 3,5 dəfə üstələyib
Report

Bakı. 26 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105008558 ISIN-li, 5 mln. manatlıq, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 10 investor ümumi dəyəri 17 527 400 manat olan 18 sifariş təqdim edib. Son nəticədə istiqrazların hamısı yerləşdirilib.

Sifarişlərin qiymət 100,842 manat (14,5%) – 112,7105 manat (7,997%) intervalında dəyişib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 108,91 manat (9,9759%), orta ölçülmüş qiyməti isə 110,3882 manat (9,1954%) müəyyən edilib.

Qiymətli kağızların ödəmə tarixi 24 sentyabr 2019-cu ildir. Hərrrac iştirakçıları ən gci sabah istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. 

Son xəbərlər

Orphus sistemi