Maliyyə Nazirliyinin 500 mln. dollarlıq istiqraz emissiyası qeydiyyata alınıb

Maliyyə Nazirliyinin 500 mln. dollarlıq istiqraz emissiyası qeydiyyata alınıb Bununla bağlı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi məlumat yayıb
Maliyyə
26 Yanvar , 2016 15:46
Maliyyə Nazirliyinin 500 mln. dollarlıq istiqraz emissiyası qeydiyyata alınıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 3 mln. ədəd dövlət qısamüddətli istiqrazlarının emissiya prospekti 47S nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

"Report" bu barədə Komitənin yaydığı məlumata istinadən xəbər verir.

Bununla yanaşı, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 2 mln. ədəd dövlət ortamüddətli istiqrazlarının emissiya prospekti 48S nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Nəticədə, bu iki emissiyanın həcmi müvafiq olaraq 300 mln. dollar və 200 mln. dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi