​Maliyyə Nazirliyinin 15 mln. manatlıq istiqrazları yerləşdirilib

​Maliyyə Nazirliyinin 15 mln. manatlıq istiqrazları yerləşdirilib Dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə ortaölçülmüş qiyməti 97,9626 manat müəyyən edilib
Maliyyə
2 Avqust , 2016 17:09
​Maliyyə Nazirliyinin 15 mln. manatlıq istiqrazları yerləşdirilib

Bakı. 2 avqust. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0101007513 ISIN kodlu, tədavül müddəti 91 gün olan 20 mln. manatlıq dövlət istiqrazları üzrə hərrac keçirilib. Bu barədə "Report" Nazirliyə istinadən xəbər verir.

Məlumata görə, AZ0101007513 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 35,4 mln. manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 15,2 mln. manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə ortaölçülmüş qiyməti 97,9626 manat (gəlirlilik - 8,4577%) səviyyəsində müəyyən edilib.

İstiqrazların ödənmə tarixi 1 noyabr 2016-cı ildir.

Son xəbərlər

Orphus sistemi