Maliyyə Nazirliyi və ƏMDX “Azərbaycan Beynəlxalq Bankı”ndakı payını artırıb
Maliyyə
- 03 oktyabr, 2022
- 08:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.
"Report" bu barədə Banka istinadən xəbər verir.
Məlumata görə, ABB-nin səhmlərinin 91,4 %-nə nəzarət edən Maliyyə Nazirliyi payını 92,56 %-ə, 3,76 %-nə nəzarət edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) isə payını 3,81 %-ə çatdırıb.
Əvəzində Bankda digər hüquqi və fiziki şəxslərin payı 4,61%-dən 3,4%-ə düşüb. Kredit təşkilatının səhmlərinin qalan 0,23%-lik hissəsi isə əvvəlki qaydada “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT) məxsusdur.
ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 225,648 milyon manatdır.
Son xəbərlər
03:37
"OpenAI" "Apple" şirkətini ticarət sirlərinin oğurluğunda ittiham edərək, iddia qaldırıb
İKT
03:09
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
Digər ölkələr
02:41
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
Digər ölkələr
02:12
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb
Region
02:07
İngiltərə Premyer Liqası: "Çelsi" "Nottingem Forest"ə məğlub olub
Futbol
01:32
Nyu-York Senatında çoxluğun lideri evində ölü tapılıb
Digər ölkələr
01:21
Foto
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
Hadisə
01:09
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
Digər ölkələr
00:47
Sankt-Peterburqda meymunçiçəyinə bir gündə üçüncü yoluxma aşkarlanıb
Region