Maliyyə Nazirliyi bu il ARDNF-in hesabına 54 milyon dollar gəlir əldə edib

Maliyyə Nazirliyi bu il ARDNF-in hesabına 54 milyon dollar gəlir əldə edib Bu il oktyabrın 1-nə Maliyyə Nazirliyinin Dövlət Neft Fonduna (ARDNF) idarəetməyə verdiyi vəsaitin məbləği 777,744 milyon ABŞ dolları təşkil edib.
Maliyyə
8 Dekabr , 2023 12:24
Maliyyə Nazirliyi bu il ARDNF-in hesabına 54 milyon dollar gəlir əldə edib

Bu il oktyabrın 1-nə Maliyyə Nazirliyinin Dövlət Neft Fonduna (ARDNF) idarəetməyə verdiyi vəsaitin məbləği 777,744 milyon ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin layihəsinə rəydə bildirilib.

Sənədə əsasən, bu, ilin əvvəli ilə müqayisədə 278,028 milyon dollar və yaxud 55,6 % çoxdur.

Yanvar-sentyabr aylarında Maliyyə Nazirliyi ARDNF-in hesabına 54,214 milyon dollar və yaxud idarəetmədə olan vəsaitinin 3,8 %-i qədər gəlir əldə edib.

Son xəbərlər

Orphus sistemi