Maliyyə Nazirliyi: "Avropa İttifaqına konkret layihələr təqdim edilib"

Maliyyə Nazirliyi: "Avropa İttifaqına konkret layihələr təqdim edilib" Azərbaycan Avropa İttifaqının (Aİ) Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı vasitəsilə təklif etdiyi 2 milyard avro kredit üzrə işə başlayıb.
Maliyyə
16 Aprel , 2022 10:45
Maliyyə Nazirliyi: Avropa İttifaqına konkret layihələr təqdim edilib

Azərbaycan Avropa İttifaqının (Aİ) Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı vasitəsilə təklif etdiyi 2 milyard avro kredit üzrə işə başlayıb.

"Report" xəbər verir ki, bunu Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov bildirib.

"Artıq ortada konkret layihələr var və onlar Aİ-na təqdim edilib. Hazırda onların razılaşdırılması prosesi gedir. Bununla yanaşı, yerli ofisləri olan Dünay Bankı və Asiya İnkişaf Bankının ekspertləri işğaldan azad edilmiş ərazilərə səfər ediblər və özlərinin daha çox təcrübəsi, daha çox əlavə dəyər qata biləcəyi sahələri bizə təqdim edəcəklər. Onlarla da əməkdaşlıq nəzərdə tutulub. Onların inkişaf sahələri, təcrübələri üzrə əməkdaşlığa hazırıq, hesab edirəm ki, bu sahədə görəcəyimiz işlər var. Biz birgə siyahıları müəyyən edəcəyik və sıx əməkdaşlıq nəzərdə tutulub", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi