Maliyyə Nazirliyi 25 mln. manatlıq istiqraz yerləşdirib

Maliyyə Nazirliyi 25 mln. manatlıq istiqraz yerləşdirib Bu gün Bakı Fond Birjasında qurumun dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Maliyyə
10 oktyabr 2017 13:47
Maliyyə Nazirliyi 25 mln. manatlıq istiqraz yerləşdirib
Report

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104026544 ISIN-li, 25 mln. manatlıq, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 10 investor 20 sifariş təqdim edib.

Sifarişlərin qiyməti 88,947 manat (12,4949%) – 94,3688 manat (6,0001%) olub.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 93,9281 manat (6,5), orta ölçülmüş qiyməti isə 94,1479 manat (6,2501%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 25 mln. manat təşkil edib.

Qiymətli kağızların ödəmə tarixi 9 oktyabr 2018-ci ildir. Hərrac iştirakçıları ən geci sabah istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Orphus sistemi