Bakı. 31 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106001644 ISIN-li, 20 mln. manatlıq, 1 092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 9 investor qiyməti 93,2925 manat (17,99%) – 112,6892 manat (10%) olan 19 sifariş təqdim edib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 105,0909 manat (12,9%), orta ölçülmüş qiyməti 112,2026 manat (10,178%) müəyyən olunub.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 59 038 800 manat, yerləşdirilmiş məbləği isə 20 mln. manat təşkil edib.
Qiymətli kağızların ödəmə tarixi 27 oktyabr 2020-ci ildir. Hərrac iştirakçıları ən geci sabah istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.