Maliyyə naziri: “Bu il sosial mənzil tikintisinə 152 milyon manat ayrılıb”

Maliyyə naziri: “Bu il sosial mənzil tikintisinə 152 milyon manat ayrılıb” Qlobal koronavirus pandemiyası və onun ölkə iqtisadiyyatı üçün yaratdığı mənfi təsirlərin azaldılması üçün ötən il xüsusi olaraq vəsaitlər ayrılıb.
Maliyyə
7 Yanvar , 2021 12:36
Maliyyə naziri: “Bu il sosial mənzil tikintisinə 152 milyon manat ayrılıb”

“Qlobal koronavirus pandemiyası və onun ölkə iqtisadiyyatı üçün yaratdığı mənfi təsirlərin azaldılması üçün ötən il xüsusi olaraq vəsaitlər ayrılıb. Həmin proqramın 2021-ci ildə də icra olunması üçün vəsaitlər nəzərdə tutulub”.

“Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə bildirib.

Onun sözlərinə görə, o cümlədən sahibkarlara güzəştli əsaslarla kreditlərin ayrılması üçün müəyyən dövlət zəmanətlərinin verilməsi, eyni zamanda, həmin zəmanətli kreditlərin faiz dərəcələrinin subsidiyalaşdırılması üçün vəsaitlər nəzərdə tutulub:

“Bununla yanaşı, ənənəvi olaraq ipoteka proqramlarının həyata keçirilməsi üçün də dövlət büdcəsində vəsaitlər nəzərdə tutulub. Bu vəsaitlər, eyni zamanda, Azərbaycanda sosial mənzillərin tikintisi məsələlərini də əhatə edəcək. Bu məqsədlər üçün növbəti ilin büdcəsindən 152 milyon manat vəsait nəzərdə tutulub”.

Son xəbərlər

Orphus sistemi