Maliyyə naziri: "Azərbaycan pandemiyaya baxmayaraq borclanmaya getmədi"

Maliyyə naziri: "Azərbaycan pandemiyaya baxmayaraq borclanmaya getmədi" “Bir sıra ölkələr pandemiya dövründə borclanmaya getdi. Ancaq Azərbaycan buna getmədi”.
Maliyyə
11 Noyabr , 2021 13:26
Maliyyə naziri: Azərbaycan pandemiyaya baxmayaraq borclanmaya getmədi
Samir Şərifov

“Bir sıra ölkələr pandemiya dövründə borclanmaya getdi. Ancaq Azərbaycan buna getmədi”.

“Report”un xəbərinə görə, bu fikirləri maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

“Belə ki, ölkəmiz Neft Fondunda yığdığı vəsaitlərdən bir qədər istifadəyə qərar verdi. Bununla da borclanma olmadı. Pandemiyadan çıxış ağır ola biləcəyini nəzərə alaraq hesab etdik ki, bir qədər yumşaq fiskal siyasət aparmağa ehtiyac var”, - nazir bildirib.

Son xəbərlər

Orphus sistemi