Maliyyə Monitorinqi Xidmətinə təqdim edilmiş əməliyyatların sayı 18% artıb

Maliyyə Monitorinqi Xidmətinə təqdim edilmiş əməliyyatların sayı 18% artıb 2018-ci ildə Maliyyə Monitorinqi Xidmətinə (MMX) 552 997 əməliyyat təqdim edilib.
Maliyyə
2 May , 2019 15:15
Maliyyə Monitorinqi Xidmətinə təqdim edilmiş əməliyyatların sayı 18% artıb

2018-ci ildə Maliyyə Monitorinqi Xidmətinə (MMX) 552 997 əməliyyat təqdim edilib.

“Report” quruma istinadən xəbər verir ki, bu, 2017-ci illə müqayisədə 17,7% çoxdur.

Məlumata görə, həmin əməliyyatların 63,5%-i cari (20 000 manat və daha artıq məbləğdə nağd şəkildə həyata keçirilən əməliyyatlar), 31,2%-i yüksək riskli, 0,3%-i şübhəli, 5%-i digər əməliyyatlardır.

Ötən il cari əməliyyatlar 26,5%, yüksək riskli əməliyyatlar 38%, şübhəli əməliyyatlar isə 65% artıb.

Hesabat dövründə MMX-yə təqdim edilmiş əməliyyatların əsas hissəsini məbləği 20 001-100 000 manat və 0-5 000 manat intervallarında olan əməliyyatlar təşkil edib. Ümumi əməliyyatların 83%-i qeyd edilmiş iki intervalda olan əməliyyatların payına düşüb. Yüksək riskli (93%) və şübhəli əməliyyatlar (56%), əsasən, 5 000 manata qədər olan intervala təsadüf edib.

2018-ci ildə Xidmətə orta hesabla 1 iş günü ərzində 2 200 əməliyyat barədə məlumat daxil olub. Əməliyyatların 48%-ni fiziki şəxslərin, 52%-ni isə hüquqi şəxslərin həyata keçirdiyi əməliyyatlar təşkil edib.

Son xəbərlər

Orphus sistemi