Maliyyə Monitorinqi Xidməti ötən il büdcədən ayrılmış vəsaitlərin hamısını xərcləyib

Maliyyə Monitorinqi Xidməti ötən il büdcədən ayrılmış vəsaitlərin hamısını xərcləyib 2019-cu ildə Maliyyə Monitorinqi Xidmətinə dövlət büdcəsindən 1,3 milyon manat vəsait ayrılıb.
Maliyyə
161
1 İyun , 2020 16:53
Maliyyə Monitorinqi Xidməti ötən il büdcədən ayrılmış vəsaitlərin hamısını xərcləyib
Report

2019-cu ildə Maliyyə Monitorinqi Xidmətinə dövlət büdcəsindən 1,3 milyon manat vəsait ayrılıb. 

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 4,3 dəfə çoxdur.

Bununla belə, ötən il MMX-nin xərcləri də elə bu qədər təşkil edib. Belə ki, qurum insan resurslarına 977 min manat (8,6 dəfə çox), köhnəlmə və amortizasiyaya 121 min manat (təxminən 40 dəfə çox), inzibati istiqamətlərə isə 199 min manat (5,85 dəfə çox) vəsait yönəldib.

Bu il yanvarın 1-nə MMX-nin aktivləri 7 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 2,2 dəfə çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 402,2 dəfə artaraq 3,8 milyon manata, balans kapitalı isə 1,4% artaraq 3,2 milyon manata çatıb. 

Son xəbərlər

Orphus sistemi