Maliyyə institutları süni intellektdən istifadəni stress-testə daxil edə bilər

Maliyyə institutları süni intellektdən istifadəni stress-testə daxil edə bilər Bankların süni intellekt (Sİ) alətlərindən istifadə etməsi maliyyə sistemi üçün yeni risklər yaradır və buna görə də bu amil İngiltərə Bankı tərəfindən sektorun dayanıqlığını qiymətləndirmək üçün hər il keçirilən stress-testlərə daxil edilə bilər.
Maliyyə
1 Noyabr , 2024 20:38
Maliyyə institutları süni intellektdən istifadəni stress-testə daxil edə bilər

Bankların süni intellekt (Sİ) alətlərindən istifadə etməsi maliyyə sistemi üçün yeni risklər yaradır və buna görə də bu amil İngiltərə Bankı tərəfindən sektorun dayanıqlığını qiymətləndirmək üçün hər il keçirilən stress-testlərə daxil edilə bilər.

“Report” xəbər verir ki, bu barədə “İnterfaks” xarici KİV-ə istinadən xəbər verir.

“Sİ alətlərinin istifadəsi və gücü sürətlə artır və biz rahatlaşmamalıyıq”, - Britaniya Mərkəzi Bankının sədr müavini Sara Briden bildirib.

İngiltərə Bankının bu yaxınlarda keçirdiyi sorğunun nəticələrinə görə, maliyyə şirkətlərinin təxminən 75 %-i öz fəaliyyətlərində süni intellektdən istifadə edir və halların yarıdan çoxunda söhbət avtomatlaşdırılmış qərarların qəbulundan gedir.

Briden bildirib ki, İngiltərə Bankı ticarətdə süni intellektdən istifadənin mütəxəssis manipulyasiya formalarına imkan verə biləcəyindən və ya normal vaxtlarda ticarət aktivliyini artıraraq böhran zamanı bazar dəyişkənliyini gücləndirə biləcəyindən çəkinir.

Qeyd edək ki, İngiltərə Bankı banklar və bank olmayan maliyyə təşkilatları tərəfindən istifadə edilən Sİ modellərinin bir-biri ilə necə qarşılıqlı əlaqədə olduğunu anlamaq üçün bankların müxtəlif böhran ssenarilərinə hazırlığını yoxladığı illik stress-testlərdən istifadə edə bilər.

Britaniya Mərkəzi Bankı riskləri öyrənmək üçün özəl sektor ekspertləri ilə “Sİ konsorsiumu” yaradır.

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu ötən həftə dərc etdiyi maliyyə sabitliyi hesabatında qeyd edib ki, Sİ alətlərindən istifadə böhran dövrlərində maliyyə bazarlarında daha yüksək dəyişkənliyə səbəb ola bilər.

Son xəbərlər

Orphus sistemi