Maliyyə Bazarlarına Nəzarət Palatasında iclas keçirilib

Maliyyə Bazarlarına Nəzarət Palatasında iclas keçirilib Bakı. 19 mart. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” üzrə Palatanın əsas icraçısı olduğu, həmçinin digər icraçısı olduğu strateji yol xəritələri ilə nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinə dair növbəti iclas keçirilib.
Maliyyə
19 Mart , 2018 12:55
Maliyyə Bazarlarına Nəzarət Palatasında iclas keçirilib
Report

Bakı. 19 mart. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” üzrə Palatanın əsas icraçısı olduğu, həmçinin digər icraçısı olduğu strateji yol xəritələri ilə nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinə dair növbəti iclas keçirilib.

“Report” Palataya istinadən xəbər verir ki, qurumun baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda Strateji Yol Xəritələri üzrə müəyyən edilmiş Əməliyyat Planında icrası fevral və mart aylarında bitən tədbirlər müzakirə edilib.

Bu çərçivədə Xəritələrin icrası ilə bağlı yaradılmış işçi qruplarının rəhbərləri tərəfindən görülmüş işlər iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin qurulması istiqamətində görülmüş işlər barədə geniş müzakirə aparılıb. Reyestrin fəaliyyətə başlaması maliyyə xidmətlərinə çıxış imkanlarınn artmasına müsbət töfhə verəcək.

Aylıq əsasda keçirilən strateji yol xəritəsinin icrası ilə bağlı iclasda növbəti dövrlər üçün nəzərdə tutulan tədbirlərin vaxtında icrasına dair aidiyyəti struktur bölmələrə müvafiq təklif və tövsiyələr verilib.

Son xəbərlər

Orphus sistemi