Bakı. 14 sentyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) Azərbaycanda fəaliyyət göstərən bankların rəhbərləri ilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə mövzusunda görüş keçiriib.
"Report"un MBNP-ya istinadən verdiyi xəbərə görə, görüşdə "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna uyğun olaraq hesabatlılığın təmin edilməsi, bu sahədə tətbiq edilən daxili nəzarət sistemlərinin daha da təkmilləşdirilməsi, Komplayens Departamentlərinin fəaliyyətinin effektivliyinin artırılması və digər əlaqədar məsələlər barədə müzakirələr aparılıb.
Görüşdə həmçinin MBNP-nın Maliyyə Monitorinqi Xidmətinin əməkdaşları tərəfindən illər üzrə hesabatlılıq statistikası, məlumatların keyfiyyəti barədə təfərrüatlı məlumat və banklarla qarşılıqlı əməkdaşlığa dair məsələlər diqqətə çatdırılıb, bu sahədə bankların müvafiq bölmələrinin işinin təşkili və daxili nəzarət sisteminin tətbiqinə dair tövsiyələr verilib.