Maliyyə Bazarlarına Nəzarət Palatası Dövlət İdarəçilik Akademiyası ilə anlaşma memorandumu imzalayıb

Maliyyə Bazarlarına Nəzarət Palatası Dövlət İdarəçilik Akademiyası ilə anlaşma memorandumu imzalayıb Bakı. 7 dekabr. REPORT.AZ/ “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin vacib bölmələrindən biri olan ölkədə maliyyə sahəsində bilik və bacarıqların artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində bu gün Prezident yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) arasında anlaşma memorandumu imzalanıb.
Maliyyə
7 Dekabr , 2017 13:11
Maliyyə Bazarlarına Nəzarət Palatası Dövlət İdarəçilik Akademiyası ilə anlaşma memorandumu imzalayıb

Bakı. 7 dekabr. REPORT.AZ/ “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin vacib bölmələrindən biri olan ölkədə maliyyə sahəsində bilik və bacarıqların artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində bu gün Prezident yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) arasında anlaşma memorandumu imzalanıb.

“Report” Nəzarət Palatasına istinadən xəbər verir ki, sənəd iqtisadi inkişaf strategiyasının davamlılığının təmin olunmasında iştirak, əhalinin, o cümlədən də müvafiq ixtisas sahiblərinin maliyyə bazarları, onun məhsul və xidmətləri barədə maarifləndirilməsi, maliyyə bazarlarının inkişafına dair elmi tədqiqatların aparılması, orta və ali təhsil müəssisələrində maliyyə bazarlarına dair biliklərin tədrisinə dəstək verilməsi, maliyyə bazarları üzrə yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində əməkdaşlıq məsələlərini əhatə edir.

Memoranduma DİA-nın rektoru Urxan Ələkbərov və MBNP-nin baş icraçı direktoru İbrahim Alışov imza atıblar. Memorandumun əsas prinsipi və mahiyyəti səmərəli əməkdaşlıq nəticəsində təhsil, elm, təlim-tədris və bu istiqamətdə inkişafyönümlü əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə müxtəlif sahələrdə müştərək proqramların hazırlanması və müvafiq layihələrin həyata keçirilməsi, habelə maliyyə və texniki dəstək göstərərək onların icra olunması istiqamətində müvafiq vəzifələrin həyata keçirilməsindən ibarətdir.

İmzalanma mərasimində çıxış edən İ.Alışov bildirib ki, Azərbaycanda idarəçilik sahəsində peşəkar kadrların yetişdirilməsinə xüsusi diqqət ayıran qabaqcıl aparıcı tədris, metodik, elm və analitik informasiya mərkəzi olan DİA ilə birgə əməkdaşlıq Strateji Yol Xəritəsinin icrası istiqamətində atılan önəmli addımlardan biri kimi səciyyələndirilməlidir. Onun sözlərinə görə, Akademiya ilə birlikdə 500-dən çox tələbə, müdavim və dövlət qulluqçularının maliyyə biliklərinin artırılmasında iştirak, birgə layihələrin, elmi-praktik konfransların, seminarların, simpoziumların təşkil edilməsi, tələbələrin Palatada istehsalat təcrübələrinin keçmələrinə şərait yaradılması, Palatanın əməkdaşları üçün uzunmüddətli və qısamüddətli kursların təşkili və digər innovativ tədbirlər növbəti 5 il üçün nəzərdə tutulmuş fəaliyyət planına daxildir.

Son xəbərlər

Orphus sistemi