Maliyyə Bazarlarına Nəzarət Palatası bankların fəaliyyətini qiymətləndirəcək

Maliyyə Bazarlarına Nəzarət Palatası bankların fəaliyyətini qiymətləndirəcək Bakı. 12 mart. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Komplayns üzrə Ekspert Qrupu ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Ekspert Qrupu arasında görüş keçirilib. 
Maliyyə
12 Mart , 2018 15:33
Maliyyə Bazarlarına Nəzarət Palatası bankların fəaliyyətini qiymətləndirəcək

Bakı. 12 mart. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Komplayns üzrə Ekspert Qrupu ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Ekspert Qrupu arasında görüş keçirilib. 

“Report”un verdiyi xəbərə görə, görüşdə banklarda müxbir hesabların açılması, aparılması və bağlanılması qaydaları, bankların müxbir əlaqələrinin möhkəmləndirilməsinə, o cümlədən müxbir hesabların vahid təkmilləşdirilməsinə dair müzakirələr aparılıb. 

Qərara alınıb ki, banklarda hesabların açılması ilə bağlı sorğu anketi tərtib edilsin və Palata bankların dəyərləndirilməsini aparsın.

Xatırladaq ki, ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Son xəbərlər

Orphus sistemi