Maliyyə Bazarlarına Nəzarət Palatası bank sistemində rəqəmsallaşma üzrə diaqnostika aparıb

Maliyyə Bazarlarına Nəzarət Palatası bank sistemində rəqəmsallaşma üzrə diaqnostika aparıb Bakı. 9 fevral. REPORT.AZ/ Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi prioritet hədəfi üzrə Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) görüş keçirilib.
Maliyyə
9 Fevral , 2018 10:02
Maliyyə Bazarlarına Nəzarət Palatası bank sistemində rəqəmsallaşma üzrə diaqnostika aparıb
Report

Bakı. 9 fevral. REPORT.AZ/ Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi prioritet hədəfi üzrə Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) görüş keçirilib.

“Report” xəbər verir ki, bu barədə Nəzarət Palatasının açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Azərbaycan Mərkəzi Bankının, bankların və xidmət mərkəzlərinin, habelə beynəlxalq kart təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə 2017-ci ilin dekabr ayında aparılmış diaqnostikanın, bank sistemində elektron bankçılıq xidmətləri, bank hesabları üzrə əməliyyatlar, ödəniş kartı infrastrukturu, elektron formada təqdim edilən xidmətlər və digər sahələr üzrə aparılan qiymətləndirmə nəticələri açıqlanıb. Rəqəmsal bankçılıq sahəsində cari vəziyyətin müzakirə olunduğu tədbirdə, eyni zamanda bank xidmətlərində rəqəmsallaşmanın tətbiqinin sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində aparılacaq islahatlar və qarşıda duran perspektivlərə dair təkliflər müzakirə edilib. Qeyd olunub ki, MBNP banklarla fərdi qaydada görüşlər keçirməyə rəqəmsallaşma sahəsində aparılacaq islahatları birgə müəyyən etməyə artıq başlayıb.

Son xəbərlər

Orphus sistemi