M.F. Axundov adına kitabxana satınalma qanunvericiliyinin tələblərini pozub

M.F. Axundov adına kitabxana satınalma qanunvericiliyinin tələblərini pozub Bakı. 19 oktyabr. REPORT.AZ/ M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbləri pozulub.
Maliyyə
19 Oktyabr , 2018 17:02
M.F. Axundov adına kitabxana satınalma qanunvericiliyinin tələblərini pozub
0 : 00
0 : 00

Bakı. 19 oktyabr. REPORT.AZ/ M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbləri pozulub.

“Report” bu barədə dövlət büdcəsindən kitabxanaya ayrılmış vəsaitlərin icrası üzrə Hesablama Palatasının keçirdiyi auditə istinadən xəbər verir.

2017-ci ildə "İnpeks-N" MMC tərəfindən Kitabxanaya bir ildən çox istifadə edilən kompüter proqramlarının hazırlanması və ya onun alınması, məlumat bazasının yığılması ilə bağlı proqram təminatı üzrə 47 442,5 manat dəyərində 5 ədəd proqram təminatının bazada faktiki varlığı müəyyən edilməyib, eyni zamanda 18 445 manat dəyərində 217 ədəd Antivirus (server) "Sym Endpoint protection"ın bazada faktiki varlığı müəyyən edilməsə də, əvəzində 11 741,9 manat dəyərində 217 ədəd Antivirus (server) Kaspersky Endpoint Protection-nın 8 aprel 2017-ci ildə bazaya yükləndiyi müəyyən edilib və nəticədə 6703,1 manat qiymət fərqi müəyyən edilib.

Kitabxana tərəfindən bəzi xərc maddələri üzrə vəsaitin məbləği əvvəlki illərin baza göstəriciləri nəzərə alınmadan və müvafiq hesablamalar aparılmadan artımlarla müəyyən edilmiş və nəticədə 2016-2017-cı illər üzrə müvafiq olaraq 171 933,6 manat (3,5%) və 57 890,8 manat (1,1%) məbləğində vəsait ilin sonunda istifadə edilməyərək büdcəyə qaytarılıb, eyni zamanda büdcədənkənar daxilolmaların icra faizi aşağı olub.

Kitabxana tərəfindən dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbləri pozularaq 2017-ci ildə beynəlxalq tədbirin keçirilməsi məqsədilə 45 000 manat məbləğində korovka sorğusu üzrə bağlanılmış satınnalma müqaviləsi barədə məlumat dövlət sanalmalarının rəsmi internet saytında yerləşdirilməməməsinə, eləcə də 2017-ci ildə “Sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri” xərc maddəsi üzrə nəzərdə tutulmuş 500 000 manat vəsatin 2017-ci il 9 mart tarixində 480 270 mana açıq tender, 2017-ci il 18 dekabr tarixdə isə 19 000 manat korovka sorğusu keçirilərək xərc edildiyinə görə qanunvericiliyə uyğun olaraq tədbir görülməsi məqsədilə müvafiq məlumatlar Baş Prokurorluğa təqdim edilib.

Bildirək ki, kitabxananın 2017-ci ilin əvvəlinə 8326,0 manat, o cümlədən “Azərişıq” ASC ilə elektrik enerjisi haqqının ödəniməsi xərci üzrə 2 080,8 manat, “Azərsu” ASC ilə su haqqının ödənilməsi xərci üzrə 893,2 manat və “digər alış və xidmətlər” xərci üzrə “Kitab evi”nə 5 352 manat kreditor borc olub, 2018-cı ilin əvvəlinə “Azərişıq” ASC ilə elektrik enerjisi haqqının ödənilməsi xərci üzrə 4 529,4 manat kreditor borcu qalıb.

2016-cı il ərzində ümumilikdə oxu zallarına gələn oxucuların sayı 204 591 nəfər və kitab verilişlərinin sayı 984861 nüsxə, kitab fondu isə 1 092 205 nüsxə təşkil edib. 2016-cı illə müqayisədə 2017-ci ildə oxucuların sayı 439 nəfər və yaxud 1,3% çox, kitab verilişlərinin sayı isə 117 797 nüsxə və yaxud 11,9% çox olub.

Son xəbərlər

Orphus sistemi