“M Bulak” bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 309 min manat xalis zərərlə başa vurub. Halbuki, BOKT 2019-cu ildən 2,796 milyon manat xalis mənfəətlə çıxmışdı.
“Report” xəbər verir ki, ötən il “M Bulak”ın vergiyəqədərki mənfəəti 1,137 milyon manat (əvvəlki illə müqayisədə 69,3% az), mənfəət vergisi ödəmələri 1,446 milyon manat (58,9% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “M Bulak”ın aktivləri 15,367 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 38,7% azdır. Bunun 12,033 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-nin kredit portfeli 32% kiçilib.
Hesabat dövründə “M Bulak”ın öhdəlikləri 81,9% azalaraq 2,078 milyon manata, balans kapitalı isə 2,3% azalaraq 13,289 milyon manata düşüb.
Xatırladaq ki, “M Bulak” 2005-ci ildən fəaliyyət göstərən “İnvest Kredit” MMC-nin bazasında 2011-ci ildə "Mol Bulak" adı ilə yaradılıb, 2020-ci ildə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 10,408 milyon manatdır. BOKT-nin təsisçisi Qırğızıstanın mikromaliyyə investoru olan “Gascoyne Investment Ltd.” şirkətidir.