​"LUKoil"un məhkəməsinin tarixi məlum olub

​"LUKoil"un məhkəməsinin tarixi məlum olub Şirkət ittihamları qəbul etmir
Maliyyə
1622
25 İyul , 2015 17:30
​LUKoilun məhkəməsinin tarixi məlum olub

Bakı. 25 iyul. REPORT.AZ/ Rumıniyada "LUKoil" şirkətinə qarşı qaldırılmış iddia üzrə apellyasiya məhkəməsi avqustun 5-də keçiriləcək. "Report"un xəbərinə görə, bu barədə rumın mediası məlumat yayıb.

Vergi yayınmalarında və çirkli pulların yuyulmasında ittiham olunan şirkət ittihamları qəbul etmir.

Qeyd edək ki, 2014-cü ilin oktyabrında Rumıniya vergi, gömrük və prokurorluq orqanlarının birgə keçirdiyi əməliyyatlar nəticəsində "LUKoil"un 2 mlrd. avro məbləğində vergidən yayındığı və çirkli pulların yuyulduğu faktı aşkarlanıb. Məlumata görə, həmin pulların 230 mln. avroluq hissəsi vergidən yayınma faktı ilə bağlıdır. Bu səbədən də şirkətin Rumıniya ofisi fəaliyyətini müvəqqəti dondurub və 2-si Rusiya vətəndaşı olmaqla 5 nəfərə qarşı cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi