London birjası Honkonq birjası ilə birləşməyi rədd edib

London birjası Honkonq birjası ilə birləşməyi rədd edib London Fond Birjası (LSEG) Honkonq Fond Birjasına (HKEX) birləşmək təklifini qəbul etmədikləri barədə bildiriş göndərib.
Maliyyə
13 Sentyabr , 2019 16:58
London birjası Honkonq birjası ilə birləşməyi rədd edib

London Fond Birjası (LSEG) Honkonq Fond Birjasına (HKEX) birləşmək təklifini qəbul etmədikləri barədə bildiriş göndərib.

“Report” xəbər verir ki, bu barədə LSEG-nin saytında qeyd olunub.

“LSEG-nin Direktorlar Şurası, habelə bütün maliyyə və hüquq müşavirləri LSEG-nin səhm kapitalının satın alınması barədə HKEX-nin təklifini ilkin, arzuolunmaz və xeyli şərti hesab edir. Bu gün HKEX-nin ünvanına göndərdiyimiz məktubda təkliflə razı olmamağımızın səbəblərini izah etmişik".

Orphus sistemi