Ləğv prosesində olan 3 bankın əmlakı hərraca çıxarılıb

Ləğv prosesində olan 3 bankın əmlakı hərraca çıxarılıb Martın 30-da"Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “NBCBank”, "AG Bank" və "Dəmirbank" ASC-lərin daşınar və daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.
Maliyyə
204
12 Mart , 2022 09:46
Ləğv prosesində olan 3 bankın əmlakı hərraca çıxarılıb

Martın 30-da"Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “NBCBank”, "AG Bank" və "Dəmirbank" ASC-lərin daşınar və daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Söhbət “NBCBank”a məxsus 1 ədəd "NCR 6687 recycle" markalı bankomatdan, "AG Bank"a məxsus 1 ədəd "Wincor Nixdorf CİNEO C2560" markalı bankomatdan və Xaçmaz rayonu, Dalğalı qəsəbəsindəki 0,10 hektarlıq qeyri- yaşayış sahəsindən və "Dəmirbank"a məxsus Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsindəki 58,6 kv.metrlik yaşayış sahəsindən gedir. Əmlaklara müvafiq olaraq 20 min manat, 29,5 min manat, 38,25 min manat və 65 min manat qiymət qoyulub.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 12 may 2020-ci il tarixili qərarı ilə “AGBank” və “NBCBank”ın lisenziyaları ləğv edilib. Bundan başqa, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən “DəmirBank”ın lisenziyası dekabrın 23-dən etibarən ləğv edilib.

Son xəbərlər

Orphus sistemi