“Legion Financial”ın səhmləri üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 04 iyun, 2024
  • 08:49
“Legion Financial”ın səhmləri üzrə hərracın tarixi açıqlanıb

Sabah "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Legion Financial” ASC-nin 1,3 milyon manatlıq səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Bu barədə "Report" BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 100 manat olan 13 000 ədəd adi, adlı, sənədsiz səhm standart bazar seqmentində listinqə daxil edilib. Prosesin anderrayteri “Assist Finance İnvestisiya Şirkəti” ASC-dir. Qiymətli kağızlar tam yerləşdirilsə, şirkətin nizamnamə kapitalı 55,6 % artaraq 2,34 milyon manatdan 3,64 milyon manata çatacaq.