“Legion Financial” ASC-nin səhmləri listinqə daxil edilib

“Legion Financial” ASC-nin səhmləri listinqə daxil edilib Bakı Fond Birjası (BFB) Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Legion Financial” ASC-nin 1,3 milyon manat dəyərində səhmləri standart bazar seqmentində listinqə daxil edib.
Maliyyə
21 May , 2024 19:27
“Legion Financial” ASC-nin səhmləri listinqə daxil edilib

Bakı Fond Birjası (BFB) Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Legion Financial” ASC-nin 1,3 milyon manat dəyərində səhmləri standart bazar seqmentində listinqə daxil edib.

"Report" BFB-ya istinadən xəbər verir ki, şirkət hər birinin ilkin ticarət qiyməti 100 manat olan 13 min ədəd adi, sənədsiz, adlı səhm buraxıb.

Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışının başlanmasına ən azı 1 iş günü qalmış abunə yazılışının baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Qeyd olunub ki, səhmlərin ticarətə buraxılma tarixi emitent tərəfindən bildiriləcək. Yerləşdirmə üzrə anderrayter "Assist Finance İnvestisiya Şirkəti” ASC-dir.

Son xəbərlər

Orphus sistemi